Britaniyanın baş naziri Rişi Sunak və Hollandiyanın baş naziri Mark Rutte Britaniya baş nazirinin rəsmi iqamətgahı olan "Downing Street"də qapı arxasında qalıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Qapıda qalan baş nazirlər çaş-baş qalıblar. Bir müddətdən sonra qapı içəridən açılıb.
"Təhlükəsizlik səbəbi ilə "Downing Street 10" ünvanının qapısı çöldən açılmır, yalnız içəridən açıla bilər", - deyə qeyd olunub.
Ağarza Elçinoğlu