“Mənim səhhətimlə əlaqədar vətəndən uzaqda olanda məni axtardınız, tapdınız, danlandınız ki, kömək etmək, yardım etmək məsələsini niyə deməmisiniz”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

“Lakin mən ailəmdən başqa heç kimə deməmişəm. Bunu sizə bildirəndə dediniz ki, Milli Məclis sənin ailən deyilmi? Bu mənə bir şapalaq kimi dəydi. Haqlısınız, Milli Məclis bizim ailəmizdir. Buna görə sizə, bütün deputat dostlarıma təşəkkür edirəm. 
Bir də üzr borcum var. O gün 18 ildə ilk dəfə qanunu pozub ayaq üstdə durub danışdım. Buna görə də sizdən və deputat həmkarlarımdan hərəkətimə görə üzr istəyirəm”.

Anar Kəlbiyev