Ermənistan Respublikasında kəskin respirator infeksiyalar nəticəsində xəstələnmənin artması qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi açıqlayıb. 

Bununla yanaşı, ölkədə Honq-Konq adlanan A yarımtipi H3N2 qripi, həmçinin B qripinin patogenləri və COVID-19 da dövriyyədədir. 

Digər tənəffüs yoluxucu infeksiyalar arasında rinovirus, respirator sinsitial virus və koronavirus xəstəliyinin (SARS-COV-2) törədiciləri müəyyən edilib. 

Ağarza Elçinoğlu