Finlandiya hökuməti Rusiya ilə sərhəddə nəzarət-buraxılış məntəqələri ilə bağlı vəziyyəti inkişaf etdirmək üçün iki variantı nəzərdən keçirir, onlardan biri bir və ya bir neçə keçid məntəqəsinin açılmasını, digəri isə hazırkı vəziyyəti dəyişməz buraxmağı nəzərdə tutur.

"Unikal" xəbər verir ki, bu barədə mənbələrə istinadən Helsingin Sanomat məlumat yayıb.

Nəşr bu qərarın dekabrın 12-də veriləcəyini iddia edir. Finlandiya hökuməti bir və ya bir neçə keçid məntəqəsinin açılması imkanını nəzərdən keçirir.

Qəzetin mənbələri iddia edir ki, bu gün milli təhlükəsizlik baxımından sərhədin tamamilə bağlı saxlanmasına heç bir əsas yoxdur.

Bundan əvvəl Finlandiyanın baş naziri Petteri Orpo bildirmişdi ki, ölkə hökuməti dekabrın 13-dən gec olmayaraq Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılması ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

Bundan əvvəl Finlandiyanın cənub-şərqinin sərhəd xidməti komandirinin müavini Heikki Ahtiainen bəyan etmişdi ki, ölkə hakimiyyəti dekabrın 14-də Rusiya ilə sərhəddə keçid məntəqəsini açmaq niyyətindədir.