Avropa Komissiyası (AK) 2024-cü ildə Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq.
"Unikal" xəbər verir ki, bu barədə AK-nin saytında dərc olunmuş bəyanatda deyilir.
“Yaxın Şərqdə humanitar vəziyyət pisləşməkdə davam etdiyi üçün Avropa Komissiyası 2024-cü ildə Fələstin xalqına humanitar yardım üçün 125 milyon avro ayıracaq”, - bəyanatda deyilir.
Qeyd olunur ki, bu maliyyə həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində fəaliyyət göstərən humanitar təşkilatlara dəstək üçün istifadə olunacaq.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Təhlükəsizlik Xidmətinin iclasında Qəzza zolağına humanitar yardımın uğurla çatdırılması üçün heç bir şəraitin qalmadığını bildirmişdi.