Meksikanın mərkəzində yerləşən Tezkapilla şəhərində silahlı atışma olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində  11 nəfər ölüb. 

Məlumata görə, hadisə ərazidə fəaliyyət göstərən silahlı dəstənin fermerlərdən pul tələb etməsi nəticəsində baş verib. Yaralıların sayı barədə məlumat verilmir. Meksika təhlükəsizlik qüvvələri vəziyyəti həll etmək üçün Tezkapillaya yerləşdirilib.