İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin və Ərəb Liqasının Təmas Qrupunun xarici işlər nazirləri Vaşinqtonda hoteldə mətbuat konfransı keçirib.

"Unikal" xəbər verir ki, konfransda mətbuat mənsubunun Fələstinin xarici işlər naziri Riyad əl-Malikiyə sual verməsinə icazə verilməyib.

Buna səbəb ABŞ hökuməti olub.  Belə ki, jurnalistlərdən biri əl-Malikiyə sual verib. Bu zaman Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan həmin suala belə cavab verib:

"Cənab əl-Maliki viza şərtlərinə görə sualınıza cavab verə bilməz. Demək istədiyim odur ki, ABŞ hökuməti cənab əl-Malikiyə bu suallara cavab verməyə imkan verməyəcək məhdudiyyətlər qoyub. O, mətbuatın suallarına cavab verə və mətbuatla əlaqə saxlaya bilmir", - nazir ifadən edib.