İsrailin Qəzza zolağı ilə müharibəsi “tezliklə” bitməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrailin BMT- əki səfiri Gilad Erdanın sözlərinə görə, bölgədə atəşkəsə nail olmağın yeganə yolu Qəzzada saxlanılan bütün israilli girovları evlərinə qaytarmaq və Fələstinin radikal HƏMAS hərəkatını məhv etməkdir .
Bir gün əvvəl İsrail mediası anonim İsrail rəsmilərinə istinadən bildirmişdi ki, İsrail Müdafiə Qüvvələrinə Xan Yunisdə (Qəzza zolağının cənubunda) əməliyyat keçirmək üçün ən azı üç-dörd həftə, sonra isə daha üç həftə vaxt lazımdır.
"Bu, İsrail hakimiyyətinin bu münaqişə ilə bağlı uzunmüddətli planlarının olduğunu göstərir və bu, tezliklə bitməyəcək", - "Əl-Cəzirə" qeyd edib.
Xatırladaq ki, oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatı çərçivəsində Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə daxil olması və 200-dən çox insanı girov götürməsi Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olub. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu və İsrail əməliyyatının “Dəmir Qılınclar” adlandırıldığını açıqlayıb.