"Qəzza zolağında HƏMAS-ın yüzlərlə komandiri məhv edilib".

"Unikal" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant hərbçilərlə görüşündə bildirib.

" HƏMAS-a qarşı çox böyük uğurlar var və bunun çox aydın təzahürləri var: minlərlə terrorçu öldürülüb, yüzlərlə müxtəlif səviyyəli komandirlər, generallar və əsgərlər və biz də bu təşkilatın rəhbərliyinin zirvəsinə çatacağıq"

Qalant həmçinin  əlavə edib ki, HƏMAS-ın Qəzza zolağında bir çox infrastruktur obyektləri, o cümlədən tunellər və sursat anbarları məhv edilib. 

Bundan əvvəl ABŞ İsrailin Qəzza zolağındakı əməliyyatının vaxtı ilə bağlı proqnoz verib.

CNN mənbələrinin bildirdiyinə görə, gələn ay IDF daha az intensiv strategiyaya keçəcək və bu strategiya Fələstin radikal HƏMAS hərəkatının konkret yaraqlılarını və liderlərini hədəf alacaq.