ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yaşayış binasında baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə polisə istinadla “Fox News” kanalı məlumat yayıb.

Məlumata görə, zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib. Ölən və yaralananların kimliyi barədə məlumat verilmir.

Hadisənin narkotik alveri zamanı baş verdiyi bildirilir.