Türkiyənin şimalındakı Zonquldak vilayətində daşqın nəticəsində iki nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Qara dəniz sahilindəki Zonquldakda iki gündən çox yağış yağıb.
"Zonquldak vilayətinin Əsma rayonunda ana və oğlu sel nəticəsində uçan ikimərtəbəli evinin dağıntıları altında qalıb. Axtarış-xilasetmə əməliyyatları nəticəsində onların cəsədləri aşkar edilib", - idarənin mətbuat xidmətindən bildirilib. 
Xilasetmə əməliyyatı zamanı ikinci çökmə baş verib, 21 xilasedici dağıntılar altında qalıb, lakin sonradan onlar xilas edilib.