İspaniya La Liqasının 16-cı turu çərçivəsində "Barselona" öz meydanında "Jirona"nı qəbul edib. 

"Unikal" xəbər verir ki, qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

12-ci dəqiqədə "Jirona"dan Artyom Dobvik hesabı açıb. 7 dəqiqə sonra Robert Levandovski cavab qolunu vurub. 40-cı dəqiqədə Migel Qutyerres "Jirona"nı önə keçirib. 80-ci dəqiqədə Valeri qonaqların qolunu vurub. 90+2-ci dəqiqədə kataloniyalılardan İlkay Gündoğan fərqlənib. 3 dəqiqə sonra qonaqlardan Kristian Stuani sonuncu qola imza atıb.

Hazırda "Jirona" 41 xalla turnir cədvəlinə başçılıq edir və 2-ci yerdə olan "Real Madrid"i 2 xal qabaqlayır. "Barselona" isə 34 xalla 4-cü pillədə qərarlaşıb.

Ağarza Elçinoğlu