"Bu gün masada sülh sazişi deyilən bir şey var, hazırda bu sənədin imzalanması ehtimalı yüksəkdir". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib. 

O, qeyd edib ki, sülh müqaviləsinin bir bəndi dəyişdirilib: "Əvvəllər həmin sənəddə bir məqam var idi, səhv etmirəmsə, Artsax xalqının (Qarabağ ermənilərinin - red.) xüsusi hüquqlarından və müstəqilliyindən bəhs edən 9-cu bənd bu gün həmin sənəddən çıxarılıb. Müqavilə bugünkü məzmunla imzalansa, biz ümumilikdə "Artsaxın" səhifəsini bağlayırıq".

Ermənistanın keçmiş xarici işlər naziri qeyd edib ki, Azərbaycan artıq Qərbi Azərbaycan məsələsini qaldırır və bununla bağlı Birləşmiş Millətlər Təşkilatına bir neçə məktub göndərib.

Ağarza Elçinoğlu