Rəsmi Paris Ermənistan-Azərbaycan birgə bəyanatını alqışlayır.

"Unikal" xəbər verir ki, bu barədə Fransa XİN açıqlayıb. 

Eyni zamanda Fransa Avropa İttifaqı və ABŞ-nin dəstəyi ilə İrəvan və Bakı arasında sülh sazişi üzrə danışıqların tezliklə bərpasına dəstəyini ifadə edib: "Paris bir daha vurğulayır ki, sabit sülh yalnız beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və iki dövlətin sərhədlərinin toxunulmazlığına hörmət edildiyi təqdirdə mümkündür". 

Ağarza Elçinoğlu