Bakıda inzibati binada yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 2650 m² (hər mərtəbəsi 1325 m²) olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində sahəsi 150 m² olan anbarın içərisində 1 ədəd soyuducu yanıb.Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.