İsrail Livanın şiə hərəkatı Hizbullaha Livan-İsrail sərhədində bir neçə müşahidə məntəqəsi saxlamağa icazə verməyə razılaşıb.

"Unikal" xəbər verir ki, bu barədə mənbələrə istinadən “Əl-Hadath” telekanalı məlumat yayıb.
Telekanal qeyd edir ki, İsrail buna “Hizbullah”ın müşahidə məntəqələrinin Livan ordusu və İsrailin fikrincə, Livan-İsrail sərhədində yerləşdirilməli olan Fransa qüvvələri ilə birgə olması şərti ilə razılaşıb.
Fələstinin Həmas hərəkatının İsrailin cənubuna hücumundan sonra İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra Livanın cənubunda vəziyyət pisləşib.