Qəzza zolağında Fələstin-İsrail arasında hazırkı eskalasiya zamanı həlak olan media işçilərinin sayı 86 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Fələstin anklavı hökumətinin mətbuat xidməti məlumat yayıb. Mətbuat xidmətinin rəsmi Telegram kanalında dərc olunan adların siyahısına əsasən, ölənlər arasında 3 qadın da var.

Ötən həftə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Yaxın Şərqdə yeni gərginliyin başlamasından bəri Qəzza zolağında 63 media işçisinin öldüyünü təsdiqləyib.