Fransa prezidenti Emmanuel Makron daxili işlər naziri Jerald Darmanenin istefa ərizəsini rədd edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Fransa parlamenti Darmanenin hazırladığı miqrasiya qaydalarını sərtləşdirən qanun layihəsinə baxmaqdan imtina etdikdən sonra DİN rəhbəri istefa ərizəsini prezidentə təqdim edib.
Parlamentdə səsvermədən sonra müxalifət nümayəndələri Darmaneni istefaya çağırıblar.
Qanun layihəsində xüsusilə qeyri-qanuni miqrantların ölkədən çıxarılmasının sadələşdirilməsi, habelə ailənin birləşdirilməsi prosedurunun çətinləşdirilməsi nəzərdə tutulurdu.