ABŞ-ın "USS Laboon" raket esminesi bazar ertəsi Cəbəllütariq boğazından keçərək Aralıq dənizinə daxil olub.

"Unikal" xarici mətbuataistinadən xəbər verir ki,  o, Aralıq dənizində tapşırıqları yerinə yetirəcək.

“USS Gerald Ford” nüvə təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika aviadaşıyıcısının zərbə qrupu hazırda Şərqi Aralıq dənizində patrul edir. Qrupa "USS Normandy" raket kreyseri, "USS McFaul", "USS Thomas Hudner" və "USS Bulkeley" esminesləri daxildir.