Türkiyədə "Ankaragücü" klubunun prezidenti Faruk Kocanın hakim Halil Umut Meləri yumruqla vurmasından sonra bütün liqalardakı matçlar qeyri-müəyyən müddətə təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlayıb.
"Alçaq hücumu həyata keçirənlər bunu təkcə Halil Umuta etməyib. Bu, türk futbolun qarşı edilib. İndiyə qədər hakimləri hədəf alan hər kəs bu alçaq cinayətin ortağıdır.
Bütün liqalardakı matçları qeyri-müəyyən müddətə təxirə saldıq. Futbol matçları müharibə deyil, sonunda ölüm yoxdur. Bütün komandalar eyni anda çempion ola bilməz. Bunu hamımız başa düşməliyik. Hakimlər də insandır. Türk futbolunu daha dəyərsizləşdirməyin. Türk futbolunu dünyaya rüsvay etməyək", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu