İsrail qüvvələri müxtəlif istiqamətlərdən Fələstinin Cenin şəhərinə basqın edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra bir çox hündürmərtəbəli binaların damlarına snayperlər yerləşdirilib.
Qüvvələr Cenin dövlət xəstəxanasının təcili girişləri ilə əl-Razi və əl-Amal xəstəxanalarını mühasirəyə alıb. Basqın zamanı buldozerlər bölgənin infrastruktur sistemlərini və Fələstin mülklərini dağıdıb.
Şahidlərin sözlərinə görə, ordu qüvvələri ilə fələstinlilər arasında silahlı qarşıdurma yaranıb və partlayış səsləri eşidilib.
Fidan Camal