Ermənistan hazırda ciddi problemlərlə üz-üzədir.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Şərq Tərəfdaşlığı nazirlərinin görüşündə deyib.
O, Azərbaycanla münasibətlərin tənzimlənməsindən də bəhs edib: "Ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin qarşılıqlı tanınması, kommunikasiyaların, nəqliyyat infrastrukturunun açılması ilə bağlı bizim əvvəllər Brüsseldə liderlərin üçtərəfli görüşləri zamanı qəbul etdiyimiz eyni prinsiplərlə irəliləməyə hazırıq.
Bundan əlavə, əsirlərin və məhbusların mübadiləsinə dair Azərbaycanla son birgə bəyanat və Ermənistanın COP29 konfransına razılıq verməsi bizim Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq əzmimizin növbəti təzahürüdür.
Hesab edirik ki, bu format və iştirak etdiyimiz təşəbbüslər bizi tərəfdaşlarımıza və qonşularımıza yaxınlaşdırmaq kimi son məqsədə xidmət etməlidir".
Ağarza Elçinoğlu