Kreml ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenskinin görüşünü diqqətlə izləyəcək.

"Unikal" xəbər verir  ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.  

Xatırladaq ki, Baydenin Zelenski ilə görüşü dekabrın 12-də Ukrayna liderinin ABŞ senatorları qarşısında çıxışından sonra baş tutmalıdır. 

Danışıqlar Ağ Evdə aparılacaq. İlkin olaraq, əsas müzakirə mövzusu Amerika hakimiyyətinin Kiyevə davamlı dəstəyi olacaq.

Gülayə Mecid