Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevin - Elbası adına Milli Müdafiə Universiteti Qazaxıstan Respublikasının Milli Müdafiə Universiteti adlandırılacaq.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti respublika rəhbəri Qasım-Jomart Tokayevin hüquqi informasiya portalında yerləşdirilmiş fərman layihəsinə istinadən məlumat yayıb.

Bundan əvvəl Nursultan Nazarbayev Qazaxıstanın fəxri senatoru statusundan məhrum edilib, Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidməti haqqında əsasnamədən isə birinci prezidentin müdafiəsi ilə bağlı ayrıca bənd çıxarılıb.

Nuranə Abbasova