"Biz İrana mesaj göndərdik ki, regionda daha çox münaqişə görmək istəmirik"

"Unikal" xəbər verir ki, bunu Ağ Evin Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib: "Vaşinqton Qəzzada müharibənin genişlənməsindən çox narahatdır.
Biz İsraillə Livan sərhədində yeni cəbhənin yaradılmasının şahidi olmaq istəmirik.
Ağ Ev özəl və açıq şəkildə regional aktorlara, o cümlədən İrana bəyan edib ki, o, yeni və daha böyük münaqişə istəmir".