Azərbaycanda aşağı yaş qruplarında çıxış edən iki komanda yarışlardan kənarlaşdırıb.
"Unikal" xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsi qərar qəbul edib.
Belə ki, U-10 liqasında çıxış edən “Xətai” “Zirə” ilə görüşə təyin olunan vaxtda gəlməyib, U-11 liqasında təmsil olunan “Qoşqar”ın “Gəncəvi” ilə qarşılaşmada heyətində yetərsay olmayıb.
Hər iki komanda mövsüm ərzində 3-cü dəfə oyuna çıxmadıqlarından, bu cəzaya məruz qalıblar.