Ermənistanın baş naziri Nikol Paşinyan Bakı və İrəvan arasında bu gün baş tutan hərbi əsirlərin dəyişdirilməsindən yazıb. 

"Unikal" xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində bildirib. 

"2020-2023 Sentyabr ayında əsir götürülmüş 31 Ermənistan hərbçisi və Qarabağda əsir götürülmüş 1 hərbçi Azərbaycan-Ermənistan sərhədini keçərək Ermənistan Respublikasına gətiriliblər. Onlar əvvəlcə ilkin tibbi müayinədən keçərək yaxınlarının yanına qayıdacaqlar. 

O, Azərbaycanın azad etdiyi ermənilərin siyahısını da qeyd edib. 

Ağarza Elçinoğlu