“Çayka”nın keçmiş direktoru ilə bağlı korrupsiya işi üzrə beş hakim ömürlük futboldan uzaqlaşdırılıb.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) Hakimlər Komitəsinin sədri Pavel Kamantsev məlumat verib.
“Cinayət işinin istintaqı zamanı danışılmış oyunların təşkilində iştirak etmiş keçmiş hakimlərin adları müəyyən edilib: bunlar Anton Kaçanov, Denis Mezentsev, Denis Stepanişev, Sergey Kosteviç və Maksim Matyunindir. Onların hamısı ömürlük futboldan uzaqlaşdırılıb. Məhkəmədə çıxış edən digər arbitrlər də işdə şahid qismində iştirak ediblər”, - Kamantsev bildirib.
Qeyd edək ki, 2018-ci ildən 2019-cu ilə qədər “Çayka”nın keçmiş direktoru Oleq Bayan komandası üçün müsbət nəticə əldə etmək üçün hakimlərə rüşvət verib. Dekabrın 13-də o, 1,8 milyon rubl cərimələnib.