Ruslar və ukraynalılar mahiyyətcə bir xalqdır və bu gün baş verənlər qardaşlar arasında vətəndaş müharibəsi kimi böyük faciədir. 

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. 

Onun sözlərinə görə, Rusiya-Türkiyə müharibəsindən sonra bütün Qara dəniz əraziləri Rusiyaya keçib: "Rusiyanın Türkiyə ilə apardığı müharibələr nəticəsində Krım və bütün Qara dəniz bölgəsi Rusiyaya keçdi. Ukraynanın ora ilə nə əlaqəsi var?"

Putin bildirib ki, Rusiya tarixi ərazilərin itirilməsi ilə barışmağa hazır idi, lakin Qərbin və Kiyevin siyasəti Moskvanı əks tədbirlərə əl atmağa məcbur etdi.

Ağarza Elçinoğlu