Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin əvvəlində Türkiyəyə səfər etmək niyyətində olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya lideri ilin yekunlarına dair mətbuat konfransında deyib. 

"Türkiyə prezidenti Ərdoğan Qəzzadəkı vəziyyəti izah etmək üçün beynəlxalq ictimaiyyətin aparıcı səsidir. O, bu vəziyyəti düzəltmək üçün daim səy göstərir. Fəlakətə səssiz qalmır. Daim əlaqə saxlayırıq. Mən Türkiyəyə səfər etməyi planlaşdırırdım, lakin bu səfər Ərdoğanın sıx iş qrafiki səbəbindən baş tutmadı. Gələn ilin əvvəlində Türkiyəyə səfər edəcəm", - deyə Putin açıqlayıb. 

O, səfərlə bağlı digər təfərrüatları açıqlamayıb. 

Ağarza Elçinoğlu