İtaliya polisi mafioz Qaetano Anqrisanonu iki yaşlı oğlunun ad gününü qeyd edərkən həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Qeyd olunur ki, 31 yaşlı kişi Neapolitan Camorra mafiyasının Vanella Qrassi klanının yüksək rütbəli fiqurudur.

Neapolun cənubundakı cinayət məhəlləsi olan Scampiada iki yaşlı oğlunun ad günü şənliyi zamanı polis onu qandallayıb. Əməliyyatda 250-dən çox polis iştirak edib.

Anqrisano narkotik alverində iştirak etdiyinə görə 10 il həbs cəzası çəkəcək. O, həmçinin ən çox axtarılan yüz mafiozun siyahısında idi.

Gülayə Mecid