Qaradağ Rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilmişdir.
01:21 23-04-2013
SİYASƏT
Qaradağ Rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 14 aprel 2013-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilmişdir.
Yığıncağın işində rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişdir.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və ictimaiyyətin nümayəndələri tərəfindən Heydər Parkında Ulu Öndərin abidəsi ziyarət edilərək abidənin önünə gül dəstələri qoymuşlar.
Hesabat yığıncağında “Qaradağ Rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 14 aprel 2013-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə” rayon İcra hakimiyyəti başçısının müavini Mahmud Qubatovun məruzəsi dinlənilmişdir.
Hesabat məruzəsində Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişafın, aparılan quruculuq və abadlıq işlərinin Qaradağ rayonunda da yüksək templə davam etdiyi qeyd olundu. Belə ki, ötən rübə əsasən rayon üzrə sənayə məhsulunun ümumi həcmi 159,5 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 7,8 milyon manat olmuşdur. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 73,4 milyon manat investisiyadan istifadə edilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 dəfə çoxdur. İstifadə olunmuş vəsaitin 12,5 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 24,3 faiz çoxdur. Rayon üzrə 365,8 min ton sement istehsal olunmuşdur. Əhaliyə göstərilən pullu xidmətlər 23,7 milyon manat təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,4 faiz çoxdur. Hesabat dövründə rayonda orta aylıq əmək haqqı 704 manata, sənayedə çalışanların isə 10,3 faiz artaraq 1059 manata çatmışdır ki, bu da ümumrespublika göstəricilərindən yüksəkdir. Ötən rüb ərzində 271 yeni iş yeri açılmışdır. Rüb ərzində rayon əhalisinin asudə vaxtını səmərəli təşkili üçün xeyli işlər görülmüşdür. Belə ki, Lökbatan, Sahil, Qızıldaş, Ələt, Səngəçal və digər qəsəbələrdə nümunəvi həyətlərin salınması işləri görülməkdədir. 2013-cü ildə Qaradağ rayonu üzrə bir çox təhsil müəssisəsinin əsaslı təmiri və ya yenidən inşasının nəzərdə tutulduğunu, səhiyyə sahəsi üzrə isə Lökbatan qəsəbəsindəki 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının stasionar və poliklinika şöbəsinin və Müşfiqabad qəsəbəsində 13 nömrəli Şəhər Poliklinikasının əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edildiyini bildirmişdir.
Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə çıxışlar dinlənildi.
Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək 2013-cü ilin birinci rübü ərzində respublikamızın əldə etdiyi uğurlar haqqında danışmışdır.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilərək, yekdilliklə qəbul edilmişdir.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edilmişdir.
Hesabat yığıncağını yekun sözü ilə bağlayan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmişdir.
Digər Xəbərlər
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57