İranın Fars əyalətinin Kazerun rayonunda Su-22 hərbi təyyarə qəzaya uğrayıb.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, bu bardə Fars əyaləti hava limanının baş direktoru Fəxrəddin Keşavərz bildirib.

Onun sözlərinə görə, texniki nasazlığı olan təyyarə Şiraz şəhərinin Kazerun gölü yaxınlığında qəzaya uğrayıb. F.Keşavərz deyib ki, hadisə təlim uçuşu zamanı baş verib.

Pilot xilas olmağı bacarıb.