Goranboyda polis əməkdaşını maşın vurub.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Verdiyev Seymur Əli oğlunu avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 21 yaşlı piyada xəstəxanaya yerləşdirilib. Onun polis əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov