Meksikanın Quanaxuato əyalətində partiyə silahlı hücum edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, fermada keçirilən şənliyə edilən hücum nəticəsində 12 gənc ölüb, 12 nəfər isə yaralanıb.

Hücumdan sonra polis genişmiqyaslı araşdırmaya başlayıb.

Qeyd edək ki, Meksikada ən çox qətl və hücumların baş verdiyi ştatlardan biri olan Quanaxuatoda bu il 3029 nəfər öldürülüb. 

Ağarza Elçinoğlu