Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələləsinə start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə Premyer meydana Liqa təmsilçiləri çıxacaqlar. “Kəpəz” Tovuz şəhər stadionunda “Sabah”ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.

Digər oyunda isə “Sumqayıt” doğma meydanda I Liqa təmsilçisi “Karvan”ı sınağa çəkəcək. Qarşılaşmanın startı saat 17:00-da veriləcək.

Azərbaycan Kuboku

1/8 final

18 dekabr (bazar ertəsi)

14:00. "Kəpəz" - "Sabah"

Tovuz şəhər stadionu

17:00. "Sumqayıt" - "Karvan"

"Kapital Bank Arena"

Qeyd edək ki, bir qarşılaşmadan ibarət mərhələnin digər oyunları dekabrın 19, 20 və 21-də keçiriləcək.