İfrat sağçı İtaliyanın baş naziri Giorgia Meloni İslamla bağlı qalmaqallı açıqlamalar verib.

"Unikal" xəbər verir ki, o, bu barədə ifrat sağçı partiyası İtaliya Qardaşlarının (FdI) ənənəvi siyasət festivalı “Atreyu” tədbirində iştirakı zamanı danışıb.  Daha sonra İslamla bağlı reaksiyalara səbəb olan açıqlamalar verib.

İslamın Avropada yeri olmadığını ifadə edən Baş nazir, "İslam mədəniyyəti ilə sivilizasiyamızın dəyər və hüquqları arasında harmoniya problemi olduğuna inanıram. İtaliyada İslam mədəniyyəti mərkəzləri şəriət qanunlarının qüvvədə olduğu Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. Avropada sivilizasiyamızın dəyərlərindən uzaq bir islamlaşma prosesi gedir", - deyib. 

Onun sözləri dünya mətbuatında gündəm olub.