Argentinanın Bahia Blanca liman şəhərini vuran şiddətli qasırğa nəticəsində 13 nəfər ölüb. 

"Unikal" CNN-ə istinadən xəbər verir ki,  vesəlahiyyətlilər bölgədə küləyin saatda 140 kilometr sürətlə əsdiyini və ən azı 300 nəfərin təxliyə edildiyini bildirib. 

Bahia Blanca Bələdiyyə Başçısı Federico Susbielles  "X" sosial media hesabında etdiyi paylaşımda qasırğa nəticəsində çoxlu sayda insanın yaralandığını bildirib: “Bir daha təsdiq etmək istərdim ki, biz ölən 13 nəfərin ailələri və yaxınları ilə həmrəyik. Buna uyğun olaraq şəhərdə 72 saat matəm elan edirik".

Bölgədəki vəziyyətin kritik olaraq davam etdiyini vurğulayan Susbielles şəhər sakinlərini evdə qalmağa çağırıb.