Aİ 2024-cü il fevralın 1-də fövqəladə sammit keçirəcək və orada dörd il müddətinə Ukraynaya 50 milyard avro əlavə yardımın ayrılması məsələsini müzakirə etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə bazar ertəsi Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel bildirib.

O qeyd edib ki, fevralın 1-də keçiriləcək sammitdə Aİ liderləri İttifaqın büdcəsinin ortamüddətli nəzərdən keçirilməsini, o cümlədən Ukraynaya çoxillik yardımın ayrılmasını müzakirə edəcəklər.