Rusiya 2024-cü il yanvarın 15-dən 19-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) illik toplantısında iştirak etməyəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmon məlumat yayıb.
Onun sözlərinə görə, tədbirin təşkilatçıları ötən il olduğu kimi Rusiyaya dəvət göndərməyib. Səfir həmçinin hesab edir ki, belə bir qərardan yalnız forumun özü zərər çəkəcək.
“Biz problemlərimizi başqa formatlarda və digər platformalarda həll etməyə davam edəcəyik”,- o, bildirib.
WEF İsveçrənin qeyri-hökumət təşkilatıdır və hər il aparıcı biznes liderlərinin, siyasi liderlərin və müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə görüşlər keçirir. WEF üzvləri minə yaxın iri şirkət və təşkilatdır.
Gülayə Mecid