Elm və Təhsil Nazirliyində yeni təyinatlar olub.

"Unikal" xəbər verir ki, təyinatlarla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmrlər imzalayıb. 

Belə ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.