Oğuzda evdən meyit tapılıb.

"Unikal" xəbər verir ki, rayonun Qumlaq kənd sakini 1965-ci il təvəllüdlü Eyvaz Mirzə oğlu Qocayevin yaşadığı evdə meyiti aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, 58 yaşlı E. Qocayev spirtli içkiyə meyilli olub və evdə tək yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli