Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-nin Şimali Koreya ilə danışıqlara, eləcə də yarımadanın nüvəsizləşdirilməsi məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz əvvəllər demişdik ki, yarımadanın nüvəsizləşdirilməsi barədə danışmağa başlamaq üçün ilkin şərt olmadan Kim Çen Inla danışıq masası arxasında oturmağa hazırıq. Bu, bu gün də aktualdır”, - Kirbi bildirib.

Nuranə Abbasova