Sankt-Peterburqun Admiralteiski rayonunda 6 mərtəbəli qeyri-yaşayış binası uçub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb. Lakin zərərçəkənlər barədə məlumat verilmir. 

Hadisədən sonra prokurorluq səbəbləri öyrənmək üçün araşdırmalara başlayıb.

Ağarza Elçinoğlu