Ermənistan və Azərbaycan anti-Rusiya sanksiyalarını dəstəkləmir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

Zaxarova müxbir Hayk Xalatyanın Ermənistan və Azərbaycanın “Maqnitski siyahısına” qoşulmaması ilə bağlı sualını belə şərh edib: "Siyahı dekabrın 17-də Aİ tərəfindən dərc edilib və sonra redaktə edilib. İlkin versiyada Azərbaycan və Ermənistan var idi, sonra yoxa çıxdı. SualI yəqin ki, Aİ rəsmilərinə ünvanlamaq lazımdır. Azərbaycanla Ermənistanın o siyahıya salınması, sonra yoxa çıxması isə neokoloniizasiya prosesidir. Qərb o ölkələrdən nə istəyir?. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə heç bir əlaqəsi olmayan, məqsəd növbəti dəfə hansısa anti-Rusiya mövqeyindən çıxış etməkdir. Aİ-nin məqsədi qonşularımızı Rusiyaya qarşı sanksiyalar yolu ilə getməyə məcbur etməkdir. Biz gördük ki, qonşu paytaxtlarımız qeyd olunan sanksiyaları dəstəkləmir". 

Ağarza Elçinoğlu