ABŞ hakimiyyəti Ukraynaya Rusiyaya qarşı strategiyasını dəyişməyi tövsiyə edib.

"Unikal"ın məlumatına görə, Pentaqon hesab edir ki, Kiyev gələn il uzaqmənzilli raketlərdən və dəniz pilotsuz təyyarələrindən istifadə etməklə “real təhlükələr” yaratmalıdır.

“The New York Times” qəzetinin mənbələrinə görə, ABŞ Müdafiə Nazirliyi Ukraynaya 2024-cü ildə ərazinin saxlanmasına və silah istehsalını artırmağa diqqət yetirməyi tövsiyə edib. Səbəb Ukraynanın maliyyələşdirilməsinin mümkün dayandırılmasıdır.