“Apple” avadanlığının istifadəçiləri “Apple Card”, “Apple Cash” və “Apple Pay” ödəniş xidmətlərinin fəaliyyətindəki nasazlıqlardan şikayətləniblər.

"Unikal" xəbər verir ki, bu barədə MacRumors sosial şəbəkələrdə və forumlarda insanların mesajlarına istinadən məlumat yayıb.

Problemin nədən yarandığı barədə məlumat verilmir. Lakin məlumdur ki, nasazlıqlar səbəbindən istifadəçilər Apple Card və Apple Cash xidmətlərindən bəzi əməliyyat bildirişləri almır, həmçinin vebsayt və proqramlarda Apple Pay-dən istifadə etməklə ödəniş edərkən çətinliklər yaşayırlar.

Sistem statusu xidmətinin məlumatına görə, problemlər dekabrın 20-də başlayıb. Eyni konsoldan görünür ki, nasazlıqlar bir saat ərzində aradan qaldırılıb. Apple, problemlərin yalnız "bəzi istifadəçilərə" təsir etdiyini iddia edir.

MacRumors yazır: "Məsələ pərakəndə mağazalarda "Apple Pay" istifadə edərək edilən ödənişlərə təsir göstərmir".

Apple Card eyni adlı kredit kartlarından əməliyyatların aparılması üçün xidmətdir. Apple Cash istifadəçilərə iMessage vasitəsilə pul köçürməyə imkan verən xidmətdir. Apple Pay iPhone, iPad və Apple Watch-da üçüncü tərəf bank kartlarını qeyd etmək üçün istifadə edilən Apple-ın zəngin xüsusiyyətlərə malik ödəniş xidmətidir.