ABŞ Rusiya ilə bağlı sanksiyalar siyahısını bir neft tankeri və dörd şirkəti daxil etməklə yeniləyib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib. 

Xarici Aktivlərə Nəzarət Ofisinin siyahısına görə, məhdudiyyətlər Rusiya bayrağı altında üzən SANAR-15 neft tankerinə, gəminin operatoru, Rusiyanın Sovcomflot-un törəmə şirkəti olan SUN Ship Management, BƏƏ-də yerləşən Bellatrix Energy, Honq Konqun Covart Energy şirkətlərinə tətbiq edilib.