Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti İbrahim Rəisi ilə telefonla ikitərəfli münasibətləri müzakirə edib.
"Unikal" xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər razılaşmaların icrasının gedişatını müzakirə ediblər.
Qeyd olunur ki, Paşinyan və Rəisi “3+3” regional platforması (Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə) ətrafında fikir mübadiləsi aparıb, Tehranda keçirilən görüşün faydalı olduğunu bildiriblər.
“3+3” qrupunun (əslində, Gürcüstan hələ də platformanın işində iştirak etmədiyi üçün “beşlik”) ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Digər görüş, bu dəfə beş ölkənin nazirlərinin iştirakı ilə 2023-cü ilin oktyabrında İranda keçirilib. Növbəti görüş 2024-cü ildə Türkiyədə baş tutacaq.
Paşinyan Rəisi ilə “3+3” formatını müzakirə etdi
22:09 20-12-2023
DÜNYA
Digər Xəbərlər
2025-02-05 00:18:17
2025-02-05 00:03:25
2025-02-04 23:25:31
2025-02-04 23:17:32
2025-02-04 23:00:25
2025-02-04 22:40:45
2025-02-04 21:58:00
2025-02-04 21:40:45
2025-02-04 20:15:00
2025-02-04 20:12:02
2025-02-04 20:03:30
2025-02-04 19:36:51
2025-02-04 19:10:09
2025-02-04 18:55:41
2025-02-04 18:38:00
2025-02-04 18:17:50
2025-02-04 17:35:37
2025-02-04 17:11:00
2025-02-04 15:54:41
2025-02-04 15:31:00