Dünyanın ən uzun dırnaqlarına sahib 83 yaşlı amerikalı qadın Li Redmond vəfat edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 1979-cu ildən bəri dırnaqlarını kəsməyən Li Redmond 2003-cü ildə dünya rekordunu qırıb. Onun dırnaqlarının uzunluğu 7 metrdən çox olub.
Daha sonra o, dırnaqlarının uzunluğunu 8,5 metrə çatdırıb. 2022-ci ildə onun bu rekordunu amerikalı Diana Armstronq təzələyib.
Nuranə Abbasova